30 noyabr 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 827,2 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci ilin yanvar-noyabr aylarında bankların aktivləri 6,8% artıb.
Noyabrın sonuna bankların kredit portfeli 12 mlrd. 172,1 mln. manat (bu ilin yanvar-noyabr aylarında artım 7,4% - İF) təşkil edir.
Noyabr ayının 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 247,5 mln. manat (artım 14,5%) təşkil edir.
2018-ci ilin dekabr ayının əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 579,7 mln. manata (artım 5,6%), Mərkəzi Bank qarşısında öhdəlikləri 403,1 mln. manata (azalma 20,6%) bərabərdir.
31 noyabr 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 15-i xarici kapitallıdır.
Noyabr ayının sonuna bankların 508 filialı və 141 şöbəsi var.
Azərbaycanın bank sektorunda 17 min 321 nəfər (11 ay ərzində artım 7,1%) çalışır.*
Ə.Məmmədov