Arxangelsk vilayəti hökuməti Azərbaycan hökuməti ilə “Ticarət-iqtisadi, elmi-texniki, sosial və mədəni əməkdaşlıq haqqında” saziş layihəsinin hazırlanması üzərində işi başa çatdırır.
“Vilayət hökuməti Arxangelsk və Azərbaycan hökumətlri arasında ticarət-iqtisadi, elmi-texniki, sosial və mədəni əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanmasını başa çatdırır”, - vilayətin hökumətinin mətbuat mərkəzi cümə günü məlumat verir.
Vilayət hökümətinin sədr müavini Viktor İkonnikovun sözlərinə görə, Azərbaycanla qarşılıqlı, həmçinin beynəlxalq və regionlararası əlaqələrin möhkəmlənməsi sahəsində fəaliyyətin prioritet istiqamətlərinə aiddir.
“Bu cür sazişin 2019-cu ildə imzalamnacağına dair bütün əsaslar var”, - V.İkonnikov bildirib.
Arxangelsk və Azərbaycan arasında qarşılıqlı əlaqə diplomatik əlaqələr, rəsmi və işgüzar dairələr arasında ikitərəfli səfərlər, ticarət-iqtisadi və humanitar əməkdaşlıq xətti ilə inkişaf edir.
Xüsusilə, hər il Azərbaycan nümayəndələri Marqaritinsk ticarət sənaye yarmarkasında iştirakçısı olurlar. Öz növbəsində, Arxangelsk vilayətinin nümayəndə heyəti hər il Rusiya-Azərbaycan Regionlarası Forumunda iştirak edirlər. **
Ə.Məmmədov