Azərbaycan prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda abadlıq tədbirlərinə dövlət büdcəsindən 1,5 mln. manatın ayrılmasını tapşırıb.
Vəsait həmçinin Ayna Sultanova adına parkda yenidənqurma işlərinə yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılacaq. **
F.İsazadə