2019-cu il üzrə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ortaçəkili həcmi 67,4 mlrd. manata təşkil edəcək (cari məzənnə ilə$39,6 mlrd.). Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi sənədlərdə qeyd olunur.
2018-ci il üzrə ARDNF-nin ortaçəkili investisiya portfeli 60,67 mlrd. manat səviyyəsində təsdiq olunub.
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50%-i ABŞ dollarında ifadə olunan aktivlərə; 35%-i avroda ifadə olunan aktivlərə; 5%-i ingilis funt sterlinqində ifadə olunan aktivlərə; 10%-i isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Şərtlərə əsasən, 2019-cu il ərzində Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfeli (investisiya portfelinin məcmu dəyərinin 55 faizi;məcmu dəyərinin 55%-i; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-i; daşınmaz əmlak portfeli –investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri; qızıl portfeli –investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.
Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 mln. ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır.
Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60%-dən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmamalıdır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova