2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə626 mənzilin verilməsi təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin saytında məlumat verilir.
“Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq,2019-cu ildə azı 800 mənzilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.
İndiyədək bu kateqoriyadan olanlara təqdim edilənmənzillərin sayı 6,7 minə çatıb.
“Hazırda təqribən 4 minə yaxın insan mənzil növbəsindədir”, - prezident İlham Əliyev 1 avqust 2018-ci il tarixdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin təqdim olunması mərasimində bildirib. **
R.Babayev