Belarus prezidenti Aleksandr Lukaşenko xarici ölkə liderlərini Yeni il münasibətilə təbrik edib. Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
“A.Lukaşenko Yeni il münasibətilə bir sıra dövlət başçılarını, beynəlxalq və regional təşkilatların rəhbərlərini, görkəmli siyasi, ictimai və din xadimlərini təbrik edib”, - deyə məlumatda bildirilir.
A.Lukaşenko prezident İlham Əliyevə təbrikində 2019-cu ildə iki ölkə arasında dostluq əlaqələrinin genişlənəcəyinə, etimada əsaslanan dövlətlərarası tərəfdaşlığın möhkəmlənəcəyinə, qarşılıqlı faydalı çoxşaxəli əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
A.Lukaşenko, həmçinin Rusiya, Qazaxıstan, Moldova, Tacikistan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Türkmənistan, Ermənistan, Suriya, Avstriya, Polşa, Serbiya, Türkiyə, Almaniya, Fransa, Venesuela, ABŞ və Kuba liderlərini də təbrik edib.*