Azərbaycan 2018-ci ilin yanvar-oktyabr aylarında "Şahdəniz" yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 5 mlrd. 980,94 mln. kubmetr qaz ixrac edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 11,3% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Oktyabr ayında Azərbaycandan Türkiyəyə 771,42 mln. kubmetr (2017-ci ilin oktyabr ayına artım 48,9% - İF) qaz ixrac olunub. Bu dövrdə Türkiyəyə qaz tədarükünün ümumi həcminin 20,81%-i Azərbaycan qazının payına düşüb.
Oktyabr ayı ərzində bu ölkəyə 3 mlrd. 707,83 mln. kubmetr (2017-ci ilin oktyabr ayı ilə müqayisədə azalma 10,38%) qaz ixrac edilib.
2017-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 542,39 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova