“Kapital Bank” 19 mln. 999 min 999,95 manat məbləğində imtiyazlı səhmlərin əlavə emissiyasını yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 9,7% - 225 mln. 849 min 999,9 manatadək artıb.
«Əlavə emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 1 mln. 614,205 min ədəd səhmə bölünüb», - deyə məlumatda bildirilir.
Səhmlərin yerləşdirilməsi üzrə anderrayter “PASHA Capital İnvestisiya Şirkəti” olub.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).*
Ə.Məmmədov