2018-ci ilin yanvar-noyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 6,8% - 8 mlrd. 73,5 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2018-ci ilin 11 ayı ərzində əhalinin xarici valyutada əmanətləri 0,5% - 5 mlrd. 51,1 mln. manatadək və ya bütün əmanətlərin 62,6%-i səviyyəsində artıb (2017-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 66,5% təşkil edib).
Bu dövrdə əhalinin milli valyutada əmanətlərinin həcmi 19,3% - 3 mlrd. 22,4 mln. manatadək (bütün əmanətlərin 37,4%-i) artıb.
30 noyabr 2018-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 313,5 mln. manat, qeyri-rezidentlərin – 760 mln. manat təşkil edir. Yanvar-noyabr ayları ərzində rezidentlərin əmanətlərinin həcmi 7,3%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,01% artıb.
2018-ci il dekabrın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 990,1 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 6,8% çoxdur.*
Ə.Məmmədov