Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ildə arıçılıq təsərrüfatlarına subsidiyanın verilməsi prosesini başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“2018-ci ildə ölkə üzrə ümumilikdə 13,482 min arıçı və arıçılıq təsərrüfatına 3 mln. 106,23 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərarlar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev 2018-ci ilin mart ayında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 5 il müddətinə (2018-2023-cü illər) subsidiyanın verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə10 manat məbləğində subsidiya verilir.*
B.Rüstəmbəyov