1 dekabr 2018-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,49 min ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrın 1-nə Bakıda 1,322 min ədəd (yanvar-noyabr aylarında artım 1,1%), bölgələrdə 1,168 min ədəd (artım 4%) bankomat quraşdırılıb.
2018-ci il dekabrın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 65,912 min ədəd təşkil edib ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 0,7% çoxdur.
Bununla yanaşı, Bakıda 38,602 min ədəd (artım 4,1%), regionlarda 27,31 min ədəd (azalma 3,8%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 64,517 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.*
Ə.Məmmədov