2018-ci ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri $38 mlrd. 958,1 mln. məbləğində proqnozlaşdırılır. Bu barədə fondun 2019-cu il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində deyilir.
“2018-ci ilin sonuna ARDNF-in aktivləri $38 mlrd. 958,1 mln. məbləğində proqnozlaşdırılır”, - deyə rəydə bildirilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə ARDNF-in aktivləri $35 mlrd. 806,5 mln. təşkil edib. Beləliklə, 2018-ci il ərzində fondun aktivləri 8,8% artacaq.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova