SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 mln. 212,7 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə 2018-ci ildə Azərbaycandan Novorossiysk limanına 1 mln. 212,7 min ton, o cümlədən dekabrda 164,6 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
2017-ci ildə Bakı-Novorossiysk kəməri ilə 1 mln. 576,9 min ton Azərbaycan nefti nəql olunub. Beləliklə, 2018-ci ildə “şimal” kəməri ilə Azərbaycan neftinin ixracı 23,1% azalıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.*
N.Abbasova