Lerik Rayon İcra Hakimiyyəti Lerik şəhərində 48 mənzilli yaşayış binasının tikintisinə 3 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, Lerik Rayon İH bu işlərin həyata keçirilməsi məqsədilə «Elnur-2 Universal İKS» ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 2 mln. 940,721 min manat təşkil edir. **
B.Rüstəmbəyov