«Aqrolizinq» ASC kənd təsərrüfatı texnikasının alınmasına 17,5 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən “Aqrolizinq” «Azfert» MMC ilə müxtəlif kənd təsərrüfatı texnikasının alınması haqqında müqavilə bağlayıb.
«Azfert» “Aqrolizinq”ə 11 ədəd kombayn, 26 ədəd traktor və 22 ədəd digər kənd təsərrüfatı texnikası tədarük edəcək.
Müqavilənin dəyəri 17 mln. 519,93 min manat təşkil edib.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
B.Rüstəmbəyov