Paytaxtın Nərimanov rayon polisi mağazadan iri məbləğdə pulun oğurlanmasında şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin kriminal xronikasında məlumat verilir.
“Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları rayon ərazisindəki mağazaların birindən 3,98 min manat oğurlamasında şübhəli bilinən Sərdar Pənahovu saxlayıblar”, - məlumatda deyilir. **
R.Babayev