Ötən il Azərbaycanın milli parklarına 80 minə yaxın turist səfər edib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilir.
“Azərbaycanın milli parklarına 2018-ci il ərzində ümumilikdə 79,997 min turist səfər edib, bunların 72,519 min yerli, 7,478 mini isə xarici vətəndaş olub”, - məlumatda deyilir.
Azərbaycanda 10 milli park fəaliyyət göstərir: Zəngəzur, Ağ göl, Şirvan, Altıağac, Abşeron, Şahdağ, Samur-Yalama, Göygöl, Qızılağac. **
R.Babayev