Goranboy Rayon İcra Hakimiyyəti Goranboy şəhərində 40 mənzilli yaşayış binasının tikintisinə təxminən 2,5 mln. manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən Goranboy Rayon İcra Hakimiyyəti «Diadem» MMC ilə tikinti işlərinin yerinə yetirilməsi haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 2 mln. 495 min manat təşkil edir.*
B.Rüstəmbəyov