Gürcüstan Milli Bankı “ABB-Gürcüstan” Bankının (Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu, ABB) ləğv olunması prosesinin başa çatmasını elan edib və onun bank olmayan cəmiyyətə çevrilməsinə razılıq verib. Bu barədə Gürcüstan mətbuatı məlumat verir.
GMB-nin vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamına əsasən,Gürcüstan Milli Bankı açılan bankın ləğvetmə hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır.
Sərəncam yanvarın 8-də müvafiq baxılması üçün sahibkarlıq və qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrinə təqdim olunacaq.
Bank müstəqil sürətdə ləğv olunma prosesinə başlayıb və portfelin həcmi 100000 lariyə qədər azalandan sonra Gürcüstan Milli Bankına müraciət edib. Həmçinin müştərilərin tələb olunmamış vəsaitləri hesablarda qalırdı.
GMB tərəfindən ləğvedici təyin olunmamışdan öncə, müştərilər özləri satışa çəıxarılan portfel üçün podratçı seçib və səhmdarların əsas öhdəliklərini ödəyiblər.
Xəbər verildiyi kimi, 2018-ci il martın ortalarında ABB-nin səhmdarları Rusiya və Gürcüstanda törəmə strukturlarının – “ABB-Moskva” və “ABB-Gürcüstan” Banklarının ləğv olunmasına dair qərar qəbul ediblər. “ABB-Gürcüstan” 2007-ci ildə təsis olunub. Son maliyyə hesabatına əsasən, hazırda bankın 100-lik səhmdarı “Azərbaycan Beynəlxalq Bankı”dır. **
Ə.Məmmədov