Prezident İlham Əliyev Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Avtomobil yolu iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirəcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
R.Babayev