Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının idxalını 85,7% artırıb. Bu barədə Türkiyənin “Anadoli” agentliyi qeyd edir.
“Əgər 2017-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının Azərbaycana ixracı $34,143 mln. təşkil edibsə, 2018-ci ildə bu göstərici $63,409 mln. səviyyəsində olub”, - agentlik Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına istinadən bildirib.
Bütövlükdə, ötən il Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının ixracı $2,035 mlrd. təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 17% çoxdur. **
R.Babayev