Azərbaycanda mənzildən oğurluq etməkdə şübhəli bilinən 3 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
"Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 24-də şəhər ərazisindəki evlərin birindən 800 manat, $10 min dəyərində qızıl-zinət əşyaları və parfümeriya oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Elnur Nuriyev, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Əliyev və Əliyar Əliyev saxlanılıblar”, - deyə məlumatda bildirilir.*
R.Babayev