Yanvarın 6-da Rusiya Federasiyasının Stavropol diyarında Bakı-Moskva marşrutu ilə hərəkət edən mikroavtobus sürücünün yatması səbəbindən qəzaya uğraya bilər. Bu barədə Yol Hərəkətinin Təhlükəsizliyi Dövlət Müfəttişliyinin Diyar İdarəsindən məlumat verilib.
«İçərisində 9 sərnişinin olduğu “Mini” markalı minik avtomobili yanvarın 6-da Levokumski rayonunda qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb və ağaca çırpılıb. Müxtəlif dərəcəli xəsarət alan sürücü və aralarında azyaşlının da olduğu sərnişinlər xəstəxanaya yerləşdiriliblər», - deyə məlumatda bildirilir.
Dəqiqləşdirilmiş məlumata görə, hadisə sürücünün yatması səbəbindən baş verib.
Qeyd olunur ki, mikroavtobus 8 nəfər üçün nəzərdə tutulub və sürücünün əlavə 2 sərnişin götürməyə ixtiyarı olmayıb.
«Bütün sərnişinlər Azərbaycan vətəndaşlarıdır. Qəza nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib, digər yaralılara ambulator müalicə təyin olunub. Həkimlər onlara marşrutla hərəkəti davam etdirməyə icazə veriblər», - deyə idarədən bildiriblər.*
R.Babayev