2006-2018-ci illərdə “Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 mlrd. kubmetr təşkil edib. Bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilir.
“Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 mlrd. kubmetrə çatıb”, - məlumatda deyilir.
Bundan başqa, 2006-cı ildən etibarən “Şahdəniz” yatağından 196 mln. bareldən artıq kondensat hasil edilib.
“Hazırda “Şahdəniz” yatağından qaz və kondensat hasilatı “Alfa” (SDA) platformasında 10, “Bravo” platformasında 6 quyudan əldə edilir”, - məlumatda qeyd olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. Yatağdan qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
“Şahdəniz” qaz ehtiyatı təxminən 1 trln. kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 mlrd. barel təşkil edir.
Pik dövründə yataqdan hasilatın həcmi illik 26 mlrd. kubmetr qaz və sutkalıq 120 kin barel kondensat təşkil edəcək. **
N.Abbasova