“Yedinaya Rossiya” fraksiyasını təmsil edən qadın deputatlar mart ayında Azərbaycana səfər edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdəki mənbə məlumat verib.
““Yedinaya Rossiya” fraksiyasının təmsilçiləri səfər çərçivəsində Milli Məclisdə, eləcə də hakim Yeni Azərbaycan Partiyasından olan həmkarları ilə görüşəcəklər”, – deyə mənbə bildirib.
Bütövlükdə, fevral-mart aylarında azərbaycanlı və rusiyalı deputatlar arasında bir neçə görüş keçiriləcək. Görüşlərdə parlamentlərarası səviyyədə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.*
R.Babayev