AMEA Yüksək Texnologiyalar Parkı Bakıda heyvanlar üçün vaksinlərin və antibiotiklərin istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
“Hazırda Azərbaycanda vaksinlərin istehsalına böyük zərurət var, çünki idxaldan güclü asılılıq mövcuddur. AMEA istehsalat və bitki inqreiyentlərindən istifadə etməklə vaksinlərin istehsalının təşkilinə $5 mln. yönəltməyi planlaşdırır. Layihənin reallaşdırılması müddəti bir il, xərclərin çıxarılması isə 2 il müddətində qiymətləndirilir”, - AMEA-dan qeyd ediblər.
Bundan əlavə, AMEA Yüksək Texnologiyalar Parkı həmçinin heyvanlar üçün antibiotik və vaksinlərin istehsalını təşkil etməyi planlaşdırır. Bu layihə $3,5 mln. həcmində qiymətləndirilir. Layihənin reallaşdırılması müddəti də müvafiq olaraq bir il, xərclərin çıxarılması - 2 il təşkil edir.
Hər iki layihənin maliyyələşdirilməsi mexanizmi hələlik müəyyən olunmayıb.
AMEA-dan qeyd ediblər ki, Yüksək Texnologiyalar Parkı ərazisində qarayara xəstəliyinə qarşı vaksinin sintezi və istehsalı planlaşdırılır.
“Layihə $9 mln. həcmində qiymətləndirilir, bunun $3 mln.-u molekulyar biotexnologiya mərkəzi, daha $6 mln.-u – istehsalat meydançasının yaradılmasına yönəltmək planlaşdırılır. Layihənin reallaşdırılması müddəti 1,5 il, xərclərin çıxarılması müddəti – 3 il ərzində qiymətləndirilir”, - AMEA-dan məlumat verilir. Vurğulanıb ki, bu layihənin 50%-i Yüksək Texnologiyalar Parkı, daha 50%-i potensial investorlar tərəfindən maliyyələşdiriləcək. **
Ə.Məmmədov