Prezident İlham Əliyev Quba rayonunda avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Susay–Xınalıq avtomobil yolu 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam yanvarın 7-də dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə