Henley & Partners şirkətinin yenilənmiş Pasport İndeksində Azərbaycan dünyanın 66 ölkəsinə vizasıs səfər etmək imkanı üzrə 74-cü yerdə qərarlaşıb.
“Üç ay öncə olduğu kimi, 2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları vizasız 66 ölkəyə səfər edə bilər. Eyni zamanda, Azərbaycan İndeksdə bir pillə irəliləyərək 74-də qərarlaşıb. Filippin və Tunisin pasportarının da göstəricisi eynidir. Bir il əvvəl azərbaycanlılar 63 ölkəyə vizasız səfər edə bilirdi”, - Henley & Partners qeyd edir.
Rusiya dünyanın 199 ölkəsinə vizasıs səfər etmək imkanı üzrə Pasport İndeksində 48-ci, Türkiyə -52-ci (114 ölkə), Gürcüstan -51-ci (114 ölkə), Qazaxıstan - 67-ci (76 ölkə) yerdə qərarlaşıb.
2019-cu ilin əvvəlinə Pasport İndeksininin məlumatına görə, ən “mobil” Yaponiya pasportudur. Yaponiya vətəndaşları dünyanın 190 ölkəsinə səfər edə bilərlər. Bu, İndeksin mövcud olduğu dövr ərzində ən rekord göstəricidir.
“Henley & Partners” şirkətinin öncə “Viza məhdudiyyətləri indeksi” (Visa Restrictions Index) kimi tanınan Pasport İndeksi (2018-ci ildə adı dəyişdirilib) ölkələrin vətəndaşlarına inkam yaratdığı yer dəyişmə azadlığı səviyyəsi üzrə beynəlxalq reytinqdir. İndeks 2006-cı ildən etibarən dünyada ən iri turist məlumat bazasını dəstəkləyən IATA ilə əməkdaşlıqda dərc olunur. **
F.İsazadə