“Azərxalça” ASC 2019-cu ilin may ayından etibarən təmiz yun və yun iplik istehsalı müəssisələri üçün yun və boyaq bitkilərinin tədarükünə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Bu məqsədlə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb”, - deyə məlumatda bildirilir.
Sumqayıt Kimya Sənaye Parkında inşası davam etdirilən Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunacaq.
"Azərxalça" ASC prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Yaxın illərdə cəmiyyətin filiallarının sayının 30-a çatdırılması planlaşdırılır.*
B.Rüstəmbəyov