Bakı şəhərinin Yasamal rayonunda otaqlı taxta konstruksiyalardan ibarət evdə yanğın nəticəsində bir ailənin 3 üzvü həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən Aydın və Xuraman Məmmədovlar, həmçinin onların 25 yaşlı qızı Aygünün meyitləri aşkar edilib”, - məlumatda deyilir.
İlkin məlumatlara görə, evdə yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış minik avtomobilin üzərinə aşıb.
“Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - FHN-dən bildirilir. **
R.Babayev