“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC liman təhlükəsizliyinin qiymətləndirilməsi və konseptual layihənin hazırlanması üçün tender elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 5 fevral saat 18:00-dək təqdim etməlidir. Tender proseduru fevralın 6-sı saat 17:00-da baş tutacaq.
Telefon: (+99412) 498-91-84. Əlaqələndirici şəxs: Aytəkin Hacıyeva.
2018-ci il mayın 14-də prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimində iştirak edib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir.
Birinci mərhələ başa çatandan sonra limanın aşırma gücü 15 milyon quru yük və 100 min konteyner təşkil edəcək. İkinci mərhələ başa çatdıqdan sonra limanın aşırma gücü 17 mln. ton yük və 150 min konteynerə qədər artacaq. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni limanın 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.*
N.Abbasova