Zərdab rayonunda avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 mln. manat ayrılacaq Azərbaycan prezidenti İlham Əliyev Zərdab rayonunda avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 mln. manat ayırmağı tapşırıb.
Zərdab–Qaravəlli avtomobil yolu 6 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov