1 yanvar 2019-cu il tarixinə Azərbaycanda 3 mln. 736,551min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da 2018-ci ilin əvvəlinə olan göstəricidən 4,8% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“2018-ci ildə 169,886 min fərdi hesab açılıb”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında məcburi sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Vətəndaş fərdi şəxsi hesabında onun üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində gələcək pensiya təyinatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.* R.Babayev