2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə 824,3 mln. manat kompensasiya ödənilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) məlumatında deyilir.
Ləğv prosesində olan“Royalbank”ASC-nin qorunan əmanətçilərinə 13,2 mln. manat (ümumi kompensasiya öhdəliyinin 89%-i həcmində) kompensasiya ödənilib.
“Texnikabank”ASC-ninqorunan əmanətçilərinə 120,4 mln. manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Bank of Azerbaijan”ASC-ninqorunan əmanətçilərinə 24,2 mln. manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 0,98 minmanat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.
Bundan başqa, “Zaminbank”ASC-ninqorunan əmanətçilərinə 72,5 mln. manat (ümumi kompensasiya öhdəliyinin 99%-i), “Parabank”ASC-ninqorunan əmanətçilərinə 43,2mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Kredobank”ASC-ninqorunan əmanətçilərinə 27,9 mln. manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i), “Dekabank”ASC-ninqorunan əmanətçilərinə 3,1mln. manat (ümumi kompensasiya öhdəliyinin 99%-i), “Yunayted KreditBank” ASC-nin qorunan əmanətçilərinə isə ümumilikdə 1,8 mln. manat (ümumi kompensasiya öhdəliyinin 88%-i) kompensasiya ödənilib.
“Atrabank”ASC-ninqorunan əmanətçilərinə 14,4mln. manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Qafqaz İnkişaf Bankı”ASC-ninqorunan əmanətçilərinə2mln. manat (ümumi kompensasiya öhdəliyinin 96%-i), “Bank Standard”KB-nın qorunan əmanətçilərinə438,6mln. manat (ümumi kompensasiya öhdəliyinin 99%-i), “Dəmirbank”ASC-nin qorunan əmanətçilərinə isə 61,98mln. manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.*
Ə.Məmmədov