1 yanvar 2019-cu il tarixinə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 8,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin sonuna olan göstəriciyə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2018-ci ilin sonuna ABB-nin məcmu kapitalı 982 mln. manata (2018-ci ildə artım 3,6%) bərabər olub.
“2018-ci ilin yekunları üzrə bankın kapital adekvatlığı 2017-ci ilin sonuna olan 17%-dən 32%-ə yüksəlib”, - deyə məlumatda qeyd olunur.
ABB 1992-ci ildə yaradılıb. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir.*
Ə.Məmmədov