2018-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib. Bu barədə Mədəniyyət Nazirliyinin məlumatında deyilir.
“2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb”, - deyə məlumatda qoruğun direktoru Vüqar İsayevə istinadən bildirilir.
123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır.
“Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən – Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan, ərəb ölkələri, habelə Fici adaları və Dominikan Respublikasından gəliblər”, - deyə V.İsayev qeyd edib.*
R.Babayev