Azərbaycanın hüquq-mühafizə orqanları 1 milyon saxta rus rublunun satılması cəhdinin qarşısını alıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Faktla bağlı Bakı və Gəncə şəhər sakinləri 1 milyon saxta rus rublunu 8 min manata satmaq istəyən zaman saxlanılıblar”, - deyə məlumatda bildirilir.
Bu şəxslərin ifşa olunması istiqamətində əməliyyat tədbiri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Faktla bağlı cinayət işi başlanıb. Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.*
R.Babayev