"AccessBank" QSC sığorta xidmətlərinin seçiminə dair tender elan edib. Bu barədə bankın elanında qeyd olunur.
Tenderin məqsədi - avtonəqliyyat vasitələrinin (KASKO və AVSMMS) sığortaçısının seçimi və daşınmazə əmlakın icbari sığorta olunmasıdır.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 201 07 98 nömrəsinə müraciət edə bilərlər.
Sığortaçılardan təkliflər yanvar ayının 16-dək qəbul olunur.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “Access Holding” və “LFS Financial Systems GmbH” şirkətləridir.**
B.Rüstəmbəyov