Bu gün Quba rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin ölümü ilə nəticələnib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
«Quba rayonunda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəstəxanaya yerləşdirilərkən dünyasını dəyişib», - deyə mətbuat xidmətinin əməkdaşı bildirib.
Onun sözlərinə görə, daha 1 nəfər kəllə-beyin travması alıb. “Hazırda o, Quba Mərkəzi Rayon Xəstəxanasında müalicə alır. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir”, - deyə nazirlikdən qeyd ediblər.*
R.Babayev