Prezident İlham Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində prezident seçkilərinin keçirilmə tarixi ilə bağlı dəyişiklikləri təsdiq edib. Bu barədə rəsmi KİV-lər məlumat verir.
Dəyişikliklərə əsasən Azərbaycanda yeddi il əvvəl keçirilən prezident seçkilərində prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə prezident seçkiləri təyin olunur (növbədənkənar seçkilər istisna olmaqla).
Bundan əvvəl prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunurdu.*
R.Babayev