Fevralın 28-də “Rabitəbank”ın səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə bankın elanında deyilir.
“Yığıncaq çərçivəsində balans hesabatının təsdiqi, həmçinin 2018-ci il ərzində bankın gəliri və zərəri barədə hesabatın, bankın audit komitəsinin hesabatının təsdiq olunması gözlənilir”, - məlumatda qeyd edilir.
Bundan əlavə, səhmdarlar bank rəhbərliyinə illik bonusların ödənilməsi məsələləsini müzakirə edəcəklər.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aparıcı 10 bankın sırasına daxildir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.**
Ə.Məmmədov