12 fevral 2019-cu il tarixində “Azercell Telekom” SMS-in tarifini 0,05 manatadək artırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“12 fevral 2019-cu ildən etibarən “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “GəncSim”, “Bölgə” fakturasız xətt abonentləri üçün bir SMS-in qiyməti və “Bizimkilər”, “Hər yerə”, “Ailə Tarif” və “Biznes200” fakturalı xətt abonentləri üçün tarif paketi 66,6% - 0,05 manatadək artır”, - şirkətdən qeyd ediblər.
O cümlədən, “Tələbə birliyi”, “Hədsiz”, “Hədsiz zəng”, “SOCAR”, “Mediacell” və “Dövlətcell” tarif paketlərinin abonentləri üçün bir SMS-in qiymıti 2,5 dəfə - 0,05 manatadək artacaq.
Bundan əlavə, “GəncOl” və “Kombo” tarif paketlərinin abonentləri üçün tariflər 0,05 manatadək artacaq.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkət ölkə ərazisinin 99,8%-ni əhatə edir, abunəçilərinin ümumi sayı isə 4,5 mln.-dan çoxdur.**
N.Abbasova