Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və bu il qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”, - AzTV telekanalı İ.Əliyevin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, 2018-ci ildə hərbi sahədə böyük naliyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.
İ.Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi.
Prezident qeyd edib ki, 2019-cu ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü proqram qəbul olunacaq.
Dövlət başçısı ölkədə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini vurğulayıb.
O, Azərbaycanın Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan tərədaşlıq prioritetləri sənədinin əhəmiyyətini qeyd edib. Bundan əlavə, onun rəyinə görə, ötən ilin avqust ayında Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiyada Azərbaycanın mövqeyi öz əksini tapıb.
İ.Əliyev bildirib ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edəcək. **
R.Babayev