2018-ci ildə Azərbaycana 2,85 mln. turist səfər edib, bu da 2017-ci ilin göstəricisindən 6% çoxdur.
“Ötən il ölkəmizə 2,85 mln. əcnəbi vətəndaş səfər edib, bu da 6% artım deməkdir. Aparılan hesablamalara əsasən, onlar ölkədə $2 mlrd. sərf ediblər”, - l.Əliyev cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda turizm sahəsində həyata keçirilən siyasət, ilk növbədə maliyyə sahəsində əks olunur. “Beləliklə, biz ölkəmizi irəli aparırıq və pul qazanırıq”, - İ.Əliyev qeyd edib. **
Ə.Məmmədov