Azərbaycanda 51 aqroparkın yaradılması planlaşdırılır, ümumi investisiyalar 2,2 mlrd. manat (cari məzənnə ilə $1,3 mlrd.-a yaxın) təşkil edəcək. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanda 200 min hektarav yaxın ümumi sahədə 51 aqroparkın tikintisi planlaşdırılır. Onların yaradılmasına ümumi investisiyalar 2,” mlrd. manat həcmində qiymətləndirilir”, - İ.Əliyev cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, onlardan 17-si yaradılıb və ümumi sahəsi 104 min hektardır.
Həmçinin dövlət başçısı əlavə edib ki, sənaye parklarımızda 67 rezident var. “Onlardan 40 rezident artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə 5 mlrd. manatdan çoxdur. Bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb”, - İ.Əliyev qeyd edib.
Prezident əlavə edib ki, 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 160 mln. manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb. “Bütün bu kreditlər qaytarılan vəsait hesabına verilib”, - dövlət başçısı vurğulayıb. **
Ə.Məmmədov