2019-cu ildə “DOST İŞ MƏRKƏZİ” 30 min işsiz vətəndaşı ictimai işlərə cəlb etməyə imkan yaradacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə cəlb ediləcək”, - S.Babayev Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5 mindən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb. **
R.Babayev