2019-cu ildə paytaxtın şəhər nəqliyyat avtoparkı 600 yeni avtobus ilə artacaq. Bunu prezident İlham Əliyev deyib.
“Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə. Yəni, bu il Bakıya 600 avtobus gətiriləcək”, - İ.Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezidentin sözlərinə görə, bununla həm vətəndaşların rahatlığı təmin ediləcək, həm də bunun təhlükəsizlik baxımından böyük faydası var. **
R.Babayev