Şənbə günü Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Qazax rayonunda mühəndis işləri aparan ekskovatoru pulemyotlardan atəşə tutublar. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat verir.
“12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotundan atəş açılıb”, - məlumatda deyilir.
“Nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb”, - DSX qeyd edir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. **
R.Babayev