Bazar günü Bakıda yük və minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub”, - məlumatda deyilir.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin meyitinideformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar. **
R.Babayev