2018-ci ildə “Nikoil” İnvestisiya-Kommersiya Bankı aktivlərini 4,6% - 417,18 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Dekabrın 31-nə bankın kredit portfeli 282 mln. 713,05 min manat (azalma 2,9%) təşkil edib.
Hesabat dövrünün sonuna “Nikoil” İKB-nin öhdəlikləri 351 mln. 367,58 min manata (azalma 3%) bərabərdir.
Yanvarın əvvəlinə bankda depozitlərin həcmi 228 mln. 666,05 manata bərabərdir (azalma 0,2%)
31 dekabr 2018-ci il tarixinə bankın kapitalı 65 mln. 672,6 min manat (azalma 12,4%), nizamnamə kapitalı 348mln. manat (artım 17,6%) məbləğindədir.
2018-ci ilin yekunları üzrə bankın xalis zərəri 135 mln. 200,64 min manat təşkil edib (2017-ci illə müqayisədə artım 49,9 dəfə - İF).
“Nikoil” Bank 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Bankın əsas səhmdarı Topaz Investment şirkətidir. **
Ə.Məmmədov